Bündnerbike isveçrə kastomayzeri Harley-Davidson Softail Slim S çopperinin bazasında dünyanın ən bahalı motosiklini hazırlayıb. Qiyməti 1,8 milyon isveçrə frankı olan motosiklin 360 ədəd brillinat və benzin çəninə quraşdırılmış saatla bəzədilib.
Bayk Bucherer saat markası ilə əməkdaşlıqda yadaılıb və Blue Edition adını alıbdır. Bu layihənin üzərində Bündnerbike və Harley-Davidson tərəfindən səkkiz mütəxəssis məşğul olub. Motosiklin hazırlanmasına və inşasına 2500 saat sərf edilib.
Bayk gümüşləndirilmiş metalın üzərindən altı qatla vurulmuş unikal mavi rəngə boyanıb. Boyanın vurulması texnologiyası sirr olaraq qorunur. Baykın bir sıra detalları qızıl suyuna çəkilib. Onun yanacaq çənini isə 400 ədəd brilliantla bəzədilibdir ki, bu qiymətli daşların arasında hətta xüsusi keysdə olan və zirehli şüşənin altında yerləşdirilən 5,4 karatlıq brilliant da mövcuddur.
Yanacaq çəninin digər tərəfində də buna bənzər daha bir seyf vardır. Bu seyfdə Carl F.Bucherer tərəfindən xüsusi ilə bu layihə üçün hazırlanmlış saat yerləşdirilib. Bu keys eyni zamanda saatın qurulmasına məsuldur.

