Motosiklet yarışları haqqında bu vaxta qədər çəkilən 6 ən yaxşı film

0
Moto 01-ноя, 13:27 admin 51 0

1. İstənilən bazar günü (On Any Sunday)

Gəlin ən əsasından başlayaq. Bu film, yarışma həyacanı ilə yanaşı, yalnız iki təkər üzərindəki həyatın bizə nə verə biləcəyini də əks etdirir.

1971-ci ildə ekranlara çıxmış bu film Brus Braun tərəfindən çəkilmiş və filmdə yer alan Stiv Makkuin də filmin ərsəyə gəlməsində öz maliyyə dəstəyini göstərmişdir. Bu film on illərdir ki, motosikllər haqqında çəkilmiş ən yaxşı sənədli film olaraq qalır. Peşəkar yarışçılar və həvəskar entuziastların həyatı ilə yanaşı, bu film müxtəlif motosikl yarışları üzrə istedadların üzə çıxması, onların psixikası və xüsusiyyətlərindən bəhs edir.

İstənilən Bazar Günü: Davamı, Braunun oğlu, Dana tərəfindən 2014-cü ildə filmin davam etdirilməsinə baxmayaraq, orijinal versiya mütləq-baxılmalılar siyahısında qalır. 

2. Sürətlə (Faster)

Bu 2003-cü ilin sənədli filmi 2001 və 2002 sezonların ardından Moto GP-yə həsr edilib və qran-pri motosiklet yarışlarını əhatə edir.

Bu film, Valentino Rossinin Moto GP-də çox yüksək zirvəyə qalxması ilə tuş yanaşı, 18 yaşlı gənc Amerikalı aktyor Con Hopkinsin (debutunu edərkən) istedadını da çox gözəl əks etdirmişdir. MotoGP-nin bütün tanınmış idmançılarının filmdə yer alması və onların müsahibəsi filmi daha maraqlı edir.


3. TT: Ölümün bir addımlığında (TT: Closer to the Edge)

Dünyanın ən məşhur sürət yarışlarına dair möhtəşəm araşdırma, TT: Ölümün bir addımlığında, insana inanılmaz hisslər bağışlayır.

Siz nə zamansa Böyük Britaniyanın balaca adası, “İsle of Man”də ( İnsan adası), Böyük Britaniya və İrlandiya arasında keçirilən əsl yarışda iştirak edib, nəfəsinizi belə almadan düşünmüsünüzmü, necə və ya niyə? O zaman, məhz bu film həmin suallara cavab tapmağa kömək edəcək. 2010 TT yarışması əsasında çəkilən bu film, yarışmanı əhatə edən gərginliyi və iştirakçıları bu yarışmada iştirak etmək üçün nədən motivasiya olduqlarını göstərir.

4. Şöhrətə aparan tozlu yol (Dust to Glory)

Bu film, “The Baja 1000” yarışmasının ideyası əsasında çəkilərək, bu yarışmanı əhatə edən bütün müsbət və mənfiləri göstərir, habelə bu idman növünə istər bir başa, istərsə də dolayı yolnan aidiyyatı olan insanların yarışa olan həvəsindən bəhs edir.

Motosikl yürüşünün gözəlliyini və həm fiziki, həm də əqli çətinliklərin öhdəsindən necə gəlindiyini əks etdirən bu sənədli film motosikl və ya idmana cüzi də olsa həvəsi olan hər kəsdə xoş təəssüratlar yaradacaq.

5. 27 Yaş (Keysi Stonerin hekayəsi) (The Age of 27 (The Casey Stoner Story))

Siyahının sonlarında olsa da və nəzərə alsaq ki, siyahıda digər bioqrafik filmlər də var, bu film Moto GP və motosikl yarışlarının ən maraqlı və anlaşılmayan qəhrəmanlarını tanımağa kömək edir.






6. Yarışa hazırsan – KTM MotoGP-yə gəlir (Ready to Race – KTM Goes MotoGP)

2014-cü ilin yayında KTM-in MotoGP-yə qatıldığı xəbər çıxmışdır. Bu “junior moto circuit”da illərlə dominantlıq edən Avstriyanın ən uğurlu motosikl yürüş komandası üçün növbəti mərhələ idi. Xəbərin yayılmasından 900 gün sonra ilk rəsmi yarış baş tutmuşdur.

2017-ci il mövsümünün başlanğıcında, “Red Bull KTM Factory Racing” MotoGP-də ilk dəfə olaraq rəsmi yarışda iştirak etmişdir. Belə ki, ikinci çıxışda Argentinada Pol Esperqaro və Bredli Smit (Pol Espargaró və Bradley Smith) KTM tarixində ilk dəfə olaraq dünya çempionatını qazanmışdılar. Uğurun əldə edilməsinə həsr olunan çətin və maraqlı anlar artıq pərəstişkarların ixtiyarındadır, belə ki, bu sənədli filmdə demək olar ki, yarışın bütün anları əhatə olunub.


OXŞAR XƏBƏRLƏR

SOSİAL ŞƏBƏKƏLƏR
TƏQVİM
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Saytımızı qiymətləndirin