Bakıda motosiklet sürməyi harda və necə öyrənmək olar?

0
Moto 01-ноя, 13:32 admin 117 0
Motosiklet sürməyə həvəs çoxlarında uşaqlıq dövründən yaranır. Cəsarəti olanlarda bu istək gerçəkləşir, bəzilərində isə elə arzu olaraq qalır.
Digər nəqliyyat vasitələrindən fərqli olaraq ikitəkərliləri, xüsusən də motosikletləri sürmək üçün əvvəlcədən təlim keçmək vacibdir. Çünki motosiklet sürən şəxslərin xəsarət alma ehtimalı digərlərinə nisbətən daha çoxdur. Avtomobili bir dəfəyə rahat şəkildə sürməyi öyrənmək olsa da, motosiklet üçün bir neçə dəfə məşq etmək vacibdir.
İnternetdə motosiklet sürmək qaydaları və kurslarla bağlı Azərbaycan dilində informasiya olduqca azdır. Yerləşdirilən məlumatlar isə ingilis, rus və başqa dillərdədir. Bu səbəbdən də Milli.Az olaraq "Bakıda motosikleti harda, necə sürməyi öyrənmək olar?" mövzusunda informasiya toplamaq qərarına gəldik.

Bakıda müxtəlif yerlərdə motosiklet sürmə təlimləri keçirilir. Təlimlər əsasən boş ərazilərdə, piyadaların və digər avtomobillərin mane olmadığı sahələrdə təşkil olunur. Bu təlim yerlərindən biri də indiki Bakıxanovda yerləşən "Moto Baku" təlim mərkəzidir.

Motosiklet.Az Bakının məşhur motosiklet təlimçiləri Mərd Mustafa və Mirfariz Seyidlə müsahibəni təqdim edir:
Motosikletə həvəs nə vaxt yaranıb və motosiklet idarə etmək istədiyinizi söyləyən zaman valideynlərinizin və tanışlarınızın reaksiyası necə olub?
Uşaqlıqdan motosikletə həvəsim olub. Motosiklet sözünü işlədəndə hamı "lazım deyil, təhlükəlidir",- deyirdi. Onların sözünə əhəmiyyət vermədən gizli şəkildə motosiklet sürməyə başladım. Valideynlərim biləndə mənim üçün narahat olsalar da, sonradan yaxşı sürə bildiyimi görəndə və təlim keçdiyimi biləndə rahatlaşdılar. Məndən sonra bir neçə dost-tanış da motosiklet sürmək həvəsinə gəldi.

Motosikletin digər nəqliyyat vasitələrindən üstünlükləri və mənfi cəhətləri nələrdir?
İndiki dövrdə insanlar ən çox vaxtdan şikayətlənirlər. Onlar günün çox hissəsini tıxacda keçirirlər. Motosiklet vaxta və yanacağa qənaət baxımından çox sərfəlidir. Motosikletlərin benzin sərfiyyatı digər nəqliyyat vasitələrinə nisbətən olduqca azdır. Mənfi cəhəti isə, müəyyən qədər təhlükəli olmasıdır. Düzgün təlim almayan motosikletçi gəzən "bombadır". Lakin təlim alan biri üçün bu risk də aradan qalxır.

- Neçə ildir təlim keçirsiz?
8 ildir təlim keçirik. Məktəb isə 5 ildən çoxdur ki, fəaliyyət göstərir.
- Dərslər hansı qaydada keçirilir?
Dərslər ABŞ-dakı "California supersport bike school"un alt kateqoriyasına uyğun şəkildə keçirilir. Günlük 1 saatlıq proqramda sürüş təcrübəsi olub motosikleti olmayanlar sərbəst gəlib bizim ərazidə, nəzarətimiz altında və xüsusi qoruyucu geyimləri geyinib motosiklet idarə edə bilərlər. 5, 8 və 12 dərslik proqramımızda isə motosiklet sürmək barədə anlayışı olmayanlar gəlib, qısa zamanda peşəkar şəkildə motosiklet sürməyi öyrənə bilərlər. Dərslərin sayı artdıqca kursun qiyməti də düşür. Kursun müsbət cəhəti günün istənilən vaxtı fəaliyyət göstərməsindədir. Belə ki, oxuyan və işləyən insanları nəzərə alaraq həftənin bütün günləri, gün ərzində istənilən saatda dərslər təşkil edirik. Həmçinin, dərslər bitdikdən sonra tələbələrimizin motosiklet almasına köməklik edib, onlara lazım olan ləvazimatların satışı ilə də məşğul oluruq.

Təlim vaxtı təhlükəsizlik tədbirlərinə əməl olunur?

Təlim vaxtı bütün təhlükəsizlik tədbirləri görülür. Təlimə gələn şəxslər dəbilqə və başqa motosikletçi geyimləri ilə təmin edilir. Ərazi təlim üçün bağlanır, sürücülüyü öyrənən şəxs üçün mane qalmır. Bizim məktəbin bir şüarı var, biz tələbələrimizə yalnız motosiklet sürməyi yox, motosiklet üzərində "sağ qalmağı" öyrədirik.
Kursa yazılanlar, əsasən, hansı yaşdadır?
Kursa yazılanlar əsasən 17-30 yaş arası bəylər və xanımlardır. Hətta yaşı 50-dən yuxarı olan tələbələrimiz də olub.

 Motosikleti sərbəst şəkildə yollarda sürmək üçün neçə dərs kifayət edir?
Motosikleti sərbəst şəkildə yollarımizda sürmək istəyən hər bir tələbə mütləq ən azı 8 dərs təlim keçməlidir.
Kurs vaxtı hər hansı qorxulu hadisə baş verib?
Kurs vaxtı indiyədək hər hansı qorxulu hadisə baş verməyib. Dediyimiz kimi, biz tam təhlükəsiz şəraitdə təlim keçirik. Siz də bunun şahidi oldunuz.

Motosiklet sürənlərə tövsiyələriniz...
Motosiklet sürən kəslərə tövsiyəmiz odur ki, sürətə meyilli olmasınlar. Hər an, hər saniyə diqqətli olmaq lazımdır. Motosiklet sürə bilməyən şəxslərin təlim keçmədən motosiklet idarə etməsi həm onların, həm də digər insanların həyatı üçün təhlükəlidir.
"Neftçilər" metro stansiyasından təxminən 1 km məsafədə yerləşən Sabunçu rayon avtomobil məktəbinin həyətində təşkil olunan təlimlər "Yamaha" yapon istehsalı olan "125cc" mühərrikli motosikletin üzərində keçirilir.
Motosiklet sürmək üçün bacarıqdan əlavə həvəs və inam da lazımdır. Əgər bu ikisi varsa və velosipedi rahat şəkildə idarə edə bilirsinizsə, motosiklet sürmək üçün 4-5 dərs təlim keçmək kifayətdir.
Uğurlu yollar!

OXŞAR XƏBƏRLƏR

SOSİAL ŞƏBƏKƏLƏR
TƏQVİM
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı qiymətləndirin