Dünyada keçirilən 6 ən qəribə velosiped yarışı

0
Velo 01-ноя, 15:42 admin 80 0

1. Xəndəkdə sualtı velosiped yarışı

Xəndək yarışçısı dedikdə iki metr dərinliyində, palçıqlı və buz kimi soyuq su ilə dolu xəndəkdə mümkün qədər sürətlə hərəkət etməyi xoşlayan və xəndəyin o biri başına mümkün qədər tez çatmağa çalışan velosipedli idmançı nəzərdə tutulur. Təsəvvür etdiyin kimi, dağ velosipedçisi ilə sualtı velosipedçisi də eyni işi görür, ancaq bizim idmançımız dağ velosipedini içi su ilə dolu xəndəkdə sürməli olur. Mümkün olduğu qədər sürətlə sürüb o biri başa çatmalıdır.

Təəcüblü olduğu qədər də adamı buz kimi kəsən bu yarışda velosipedin tam dibə oturmaqla yer tutuşunu artırması ümidi ilə bütün iştirakçılara təkərlərini su ilə doldurmaq belə icazə verirlir.

Bu yarış hər il Uelsin Llanvrtyd Uels qəsəbəsində keçirilir və giriş haqqı yalnız 15 funt sterlinqdir.

Harada: Llanvrtyd Uels, Uels

Qiymət: £15

2. Merimur Krevl (Marymoor Crawl)


Adətən velodromlar dedikdə ağlımıza gələn ilk şey yüksək sürətlə dairəvi hərəkət edən nəhəng sprinterlər olur. İndi isə burada, Marimor Krol, hərdən “ən uzun dövrə” yarışı kimi tanınan, ümumi hədəfi daha aşağıya çəkməyə meyllidir.

Qaydalar harada yaşamağınızdan asılı olaraq dəyişə bilər, ancaq əsas məqsəd 4 dəqiqəyə kimi hərəkət zolağında yıxılmadan və finiş xəttini keçmədən gözləyərək qəfil zəngin çalınması ilə mümkün qədər daha sürətlə bir dövrənin başa vurulmasından ibarətdir.

Əgər zəng çalınmamış finiş xəttini keçsən və velosipeddən ayağını yerə qoysan sən dərhal yarışdan diskvalifikasiya edilirsən. Buna görə də yarışda iştirak edən bütün sprinterlər ilk növbədə yıxılmamalı və zəng çalınmamış finiş xəttini keçməmək üçün böyük diqqət və dözümlülük nümayiş etdirməlidirlər.

Bu yarış daha keçirilmir, ancaq biz onu da bu siyahıya daxil etməli idik!

3. Brompton Dünya Çempionatı


Əgər qatlana bilən Brompton Velosipedin varsa və özünü super əvəz olunmaz hesab edirsənsə, onda artıq özünü Brompton Dünya Çempionatında sınamaq vaxtı yetişib.

Hər dörd ildən bir keçirilən yarış Le Manş stilində başlanılır – burada yarış iştirakçıları qatlanmış velosipedlərinə tərəf qaçmalı və sürüb getmədən öncə onu quraşdırmalıdırlar.

Son dövrədə kostyum gödəkçəsi, köynək və qalstukdan ibarət məcburi geyim tələbi də var. Hətta Likra şortlarının (bədənə yapışan) qadağan olunduğu bu yarışlarda, bildiyimiz adi şalvarlar, yubkalar və seçimdən asılı olaraq istədiyin ayaqabını geyinə bilərsən. 

Harada: St Ceyms Park, London

Qiymət: Əgər yarışa VİP qonaqlarının ərazisindən baxmaq istəsən onda yarış sənə £17.50 funt sterlinqə başa gələcək, yox əgər belə bir üstünlük seçiminə ehtiyac duymursansa, yarışa meydança kənarından pulsuz da baxa bilərsən. Yarışda iştirak haqqı adətən £50 funt sterlinq təşkil edir.


4. Qoşqulu Dağ Velosipedi Dünya Çempionatı


Bu yarışı da yuxarıda haqqında danışdığımız xəndəkdə velosiped yarışları üzrə dünya çempionatlarını keçirən Green Events şirkəti təşkil edir, bu da onların Qoşqulu Dağ Velosipedi Dünya Çempionatı kimi qəribə yarışları təşkil etmək marağını göstərir.

Bu yarışda iki dağ velosipedçisi xüsusi dizayn edilmiş qoşqudakı “qoşquçu”-nu dartırlar. Bu yarış isə sınaq vaxtı, xeyli iştirakçı sayı, xüsusilə də yarış iştirakçılarının məzəli geyimləri ilə xarakterizə olunur.

Burada da yenə giriş ucuz - £20 funt sterlinqdir, ona görə də heç kim və heç nə sən və dostlarının 2019-cu ildəki yarışlara getməsinə mane ola bilməz.

Harada: Llanvrtyd Uels, Uels

Qiymət: £20

5. Öz böyük təkərini gətir


Yarış San Fransiskoda keçirilir, bildiyin kimi bura öz sıldırım yamacları ilə məşhurdur. Öz Böyük Üçtəkərlini Gətir yarışının böyük iştirakçıları gülməli geyimdə yekə üç təkərli uşaq velosipedləri ilə yarışa qatılırlar.

Bütün yarış iştirakçılarının eyni vaxtda yamac aşağı sürətlə hərəkəti o qədər gülməli və təhlükəli toqquşmalara səbəb olur ki, o dəqiqə bu yarışı izləməyə nə üçün bu qədər tamaşaçının toplanmasını anlayırsan.

Məzəli geyimlər bu yarışın əsas atributu kimi göründüyünə görə, əgər ciddi rəqib olmaq istəyirsənsə, onda bu dəlisov yarışın ruhuna uyğun axmaq bir geyim seçməyin məsləhətdir.

Harada: San Fransisko, ABŞ

Qiymət: Pulsuz!

6. Red Bull Goni Pony

Slovenya dağlarının ortalama yamac mailliyi 10.8% olan 13.5 km-lik bir hissəsini keçmək sənə çətin gəldisə, onda Red Bull Goni Pony yarışının həqiqətən də kəskin və ağır olduğunu dərk etmək olar.

İndi sən yalnız səni qarışıda gözləyən dağa yuxarı dırmanmağın öhdəsindən gəlməyi deyil, ən əsas bunu ‘Pony bike' adlanan velosipedlə necə edəcəyini düşünməlisən. Bu 20 düymlük qatlanan velosipedlərin (qədim Bromptonu düşün) nə sürət qutusu var, nə də ki yüngül çəkili karbon fibrdən hazırlanıb, o yalnız 1960-cı illərdən bəri Slovenya evlərində olan ənənəvi köhnə model bir velosipeddir.

Məzəli geyimlər bu yarışın da səciyyəvi xüsusiyyətlərindəndir. Dağı yuxarı dırmaşdıqca dörd yerdə dayanacaq məntəqəsi var ki, bu dəlisov yarış iştirakçıları burada bir az istirahət etməklə yarışı daha da əzmlə davam etdirmək gücü qazanırlar. 2019-cu il üçün qeydiyyətdan keçməyə tələs.

Harada: Slovenia

Qiymət: €15


OXŞAR XƏBƏRLƏR

SOSİAL ŞƏBƏKƏLƏR
TƏQVİM
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı qiymətləndirin