Bridgestone havasız şinin prototipini təqdim edib

0
Velo 26-окт, 20:19 admin 48 0


Bridgestone şirkəti 2019-cu ildə havasız şinlərin satışına başlamaq niyyətindədir. Hələlik yapon istehsalçısı velosipedlər üçün hazırlanmış Air Free Concept prototipini təqdim etmişdir.


Yapon istehsalçısı yaxın gələcəkdə bu sayaq şinləri digər nəqliyyat növləri üçün də hazırlamaq niyyətindədir. Bir neçə il bundan öncə, Bridgestone şirkəti termoplastik kauçukdan hazırlanmış çoxsaylı milləri olan bənzər konsepti də nümayiş etdirmişdir. Bu material tamamilə təkrar emala yararlıdır və ondan yenidən istifadə etmək mümkündür.
Havasız şinlər üzərində digər istehsalçılar da işləyirlər. Misal üçün, Michelin şirkəti artıq qolf-kar, otbiçən və xırda tikinti texnikası üçün belə şinləri təklif edir. Bununla belə, avtomobillər üçün havasız şinlərin hazırlanması təxirə salınır. Bunun başlıca səbəbi yüksək sürətlərdə yaranan mərkəzdənqaçma qüvvəsinin həddən artıq olmasıdir.

OXŞAR XƏBƏRLƏR

SOSİAL ŞƏBƏKƏLƏR
TƏQVİM
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Saytımızı qiymətləndirin